fbpx

Fransalı siyasətçi ölkəsini NATO-dan çıxmağa çağırdı

Rüya Yorumları burda

Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq son dərəcə təhlükəlidir.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu fikri “X” sosial şəbəkəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib. O, ABŞ Dövlət katibi Antoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib. “Amerikanın ağılsız və son dərəcə təhlükəli bəyanatı! Gəlin tezliklə özümüzü bu tələdən qurtaraq, NATO-dan çıxaq və sülhü bərqərar edək!”, – F.Filippo yazıb.

Siyasətçinin fikrincə, ABŞ-nin hərəkətləri dünyanı üçüncü Dünya Müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu