fbpx
Xəbərlər

FTB-nin koronavirus ittihamlarına Çindən CAVAB

BEY.AZ informasiya agentliyi xəbər verir


Çin ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) koronavirusla bağlı açıqlamasına cavab verib.

Metbuat.az “REUTERS”ə istinadən bildirir ki, Çin Xarici İşlər Nazirliyinin sözcüsü Mao Ninq Pekində jurnalistlərə açıqlamasında bu cür siyası manipulyasiyalara qarşı olduqlarını deyib və ABŞ-ın bu açıqlamasını qınayıb:

“ABŞ kəşfiyyatının saxtakarlıq və aldatma mövzusundakı zəif keçmişini nəzərə alaraq gəldikləri nəticələrin etibarsız olduğunu deyə bilərik. ABŞ tərəfini elmə və həqiqətlərə hörmət etməyə çağırırıq”.

Qeyd edək ki, dünən ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey COVID-19 pandemiyasının virusun Vuhandakı laboratoriyadan sızması nəticəsində baş verdiyini açıqlamışdı. O, Çini pandemiyanın mənbəyinin öyrənilməsini ləngitməkdə ittiham etmişdi.

Məlumat üçün qeyd edək ki, COVİD-19 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində meydana gəlib. Virus bütün dünyada 7 milyon insanın ölümünə səbəb olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#FTBnin #koronavirus #ittihamlarına #Çindən #CAVAB

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu