fbpx

​Fulya Öztürkə “Qarabağ” Xüsusi Mükafatı verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Fulya Öztürk “Qarabağ” Xüsusi Mükafatına layiq görülüb.

Metbuat.az “Oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin nəticələrinin açıqlanması üçün keçirilən mətbuat konfransında məlumat verilib.

Qeyd edilib ki, ilk dəfə müsabiqədə “Qarabağ” Xüsusi Mükafatı təsis olunub. Həmin mükafata isə “CNN Türk” Televiziyasının Xüsusi Xəbər rəhbəri Fulya Öztürk Qarabağ müharibəsi və onun davamı zamanı göstərdiyi fədakarlıq və reportajlara, iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Müsabiqənin Azərbaycan üzrə seçim mərhələsinə Xəzər Media Mərkəzi ev sahibliyi edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fulya #Öztürkə #Qarabağ #Xüsusi #Mükafatı #verildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu