fbpx

Futbol dünyasını çalxalayan transfer həmləsi

BEY.AZ informasiya agentliyi xəbər verir


İngiltərənin “Nyukasl” klubu səs-küylü transferə hazırlaşır.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Nyukasl” Neymar üçün 100 milyon avro ödəməyə hazırdır. Məlumata görə, “Nyukasl” transfer üçün artıq həmlə edib. Klubun sahibi olan Səudiyyə Ərəbistanının dövlət investisiya fondu bu transferlə “Nyukasl”ın nüfuzunu artırmaq istəyir.

İddialara görə, PSJ klubu da bu təklifə müsbət yanaşır. Bildirilir ki, Neymarın məvacibi PSJ rəhbərliyini narahat edir. Klub rəhbərliyi 30 yaşlı Neymarı sataraq, daha gənc oyunçular almaq niyyətindədir. Neymarın transfer təklifinə necə münasibət bildirdiyi hələlik məlum deyil.

Lakin bəzi dairələr Neymarın İngiltərə liqasında oynamaq istədiyini irəli sürür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Futbol #dünyasını #çalxalayan #transfer #həmləsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu