fbpx

Gələn il adambaşına düşəcək icbari tibbi sığorta haqqı məlum oldu

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122,9 manat məbləğində götürüləcək.

BEY.AZ xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Rəydə bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən, əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərin çoxalması əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və adambaşına düşən icbari tibbi sığorta haqqının cari ilin sonuna gözlənilən inflyasiyaya uyğun olaraq, 122,9 manat götürülməsi ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1376,0 mln manat ayrılması nəzərdə tutulur ki, bu da cari ilin yenidən baxılmış büdcəsindən 112,2 mln manat (8,9%) çoxdur.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Gələn #adambaşına #düşəcək #icbari #tibbi #sığorta #haqqı #məlum #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu