fbpx

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2024-cü ildə keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramları təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a bildirilib ki, şagirdlər 2024-cü ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərlər.

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):

Qeyd 1: Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.

Qeyd 2: Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilmişdir.

Qeyd 3: Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar və imtahan modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Gələn #keçiriləcək #buraxılış #imtahanlarının #proqramı #AÇIQLANDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu