fbpx

Gəncəli azarkeş Rahib niyə bıçaqlandı?

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində dünən keçirilən “Səbail” – “Kəpəz” matçında iki komandanın azarkeşləri arasında düşən davanın və gəncəli tərəfdarlardan birinin bıçaqlanmasının təfərrüatı bəlli olub.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, oyunun fasiləsində baş verən hadisə tərəflərin Bakıda baş tutan əvvəlki oyunundakı insidentin davamı olaraq yaşanıb.

Belə ki, ilk yarıdan sonra Bakı klubunun bir neçə tərəfdarı 3-4 qonaq azarkeşi kənara çəkərək əvvəlki anlaşılmazlığa aydınlıq gətirmək istədiklərini bildiriblər. Tində qızışan “razborka” zamanı Rahib adlı gəncin – “Kəpəz Ultras”ın fəal üzvünün qasıq nayihəsinə böyük bıçaqla zərbə endirilib və hadisəni törədən şəxs qaçıb.

Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) çatdırılaraq əməliyyat edilib. Yara dərin olduğundan Rahibin ayağının amputasiya edilmək ehtimalı yaranıb. Lakin həkimlərin səyi nəticəsində zərərçəkənin aşağı ətrafını qorumaq mümkün olub.

Hadisədən sonra 3 gəncəli azarkeş Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparılıb və onlardan ifadə alınıb. Lakin cinayəti törədən şəxs saxlanıldıqdan sonra bölməyə aparılanlar sərbəst buraxılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gəncəli #azarkeş #Rahib #niyə #bıçaqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu