fbpx

“Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram”

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır”.

Metbuat.az xəbər verir ki, bunu Anar Ağakişiyev “Mtv Azərbaycan” kanalı, “Üzə-düz” proqramında deyib:

“Heç vaxt ailə üzvlərimi kamera önünə gətirməmişəm. Milli düşüncədə bir insanam. Bir xanımın cəmiyyət içərisində siqaret çəkməsinə pis baxıram. Istər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, buna bax e utanmır 60 yaşı var, damağında siqaret. Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazım”.

Anar Ağakişiyev Azərbaycanda heç bir salon mənə rəqib ola bilmədiyini, ölkədə əlinə qələm götürə bilməyənlərin bu sahəyə gəldiyini deyib:

“Bu sənətə başlayanda mən dərk edirdim ki, dərinliyinə kimi öyrənəcəm. Heç vaxt da xəyanət etməyəcəm. Öyrənmək üçün isə mənə illər lazım olacaq. Tələbə ikən Sədərəkdən aldığım bir idman ayaqqabım və cins şalvarım var idi. Heç vecimə də deyildi. Prinsiplərim var idi. Başa düşürdüm ki, zaman gələcək mən mağazaya girəcəm və ordan ən bahalı ayaqqabını sifariş verəcəm. Bizim sahəni o qədər ucuzlaşdırıblar ki, evindən bezən, əlinə qələm götürə bilməyən hamı bu sahəyə gəlir. Halbuki mən xəyallarımda tam başqa bir şey bilirdim. Istəyirdim ki, salon səviyyəsi gözəllik mərkəzinə çevrilsin. Bu belə olmadı, oldu bazar!!! Ər arvadına hədiyyə üçün böyük sərmayə qoyub salon hədiyyə edir. Işlədə bilmir, 6 ay sonra batırır. Azərbaycanda heç bir salon mənə rəqib ola bilməz”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu