fbpx
Xəbərlər

Gənclər və idman naziri Çinə səfər edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Gənclər və idman naziri Fərid Qayıbov Qış Olimpiya Oyunları səbəbilə Pekin şəhərinə səfər edəcək.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin Metbuat.az-a verdiyi məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiyadadakı çıxışlarını izləyəcək.

Xatırladaq ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu