fbpx

” “Gərgin oyun alınsa da, nəticə bizi qane etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Futbolçuları və azarkeşləri təbrik edirəm. Gərgin oyun alınsa da, nəticə bizi qane etdi”.

Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiyini bildirib: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, amma orada qalmaq çətindir. Ən azından ilin sonunadək avrokuboklarda davam edəcəyik”.

Qurbanov bugünkü martçdan razı qaldığını söyləyib: “Nəticə bizim üçün çox vacib idik. Komanda olaraq yaxşı müdafiə olunduq. Oyunçulara bunu tapşırmamışdıq. Əksinə, daha çox hücuma çıxmaq niyyətində idik. Futbolçulardan narazı olacağım bir məqam yoxdur”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gərgin #oyun #alınsa #nəticə #bizi #qane #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu