fbpx

General maaşından danışdı: “Yayılan xəbər doğru deyil”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

General-mayor Güloğlan Muradlı Qaynarinfo-da “General 750 manat maaşla komitəyə işə qayıtdı – 8600 manat təqaüd almaq şərti ilə…” başlığı yayımlanan xəbərə münasibət bildirib.

Metbuat.az “Qaynarinfo”ya istinadən bildirir ki, generalın sözlərinə görə, o Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini vəzifəsindən öz xahişi ilə ayrılıb:

“Bildirirəm ki, hansısa “şərt”lə 8600 manat məbləğində təqaüd almağım, ‘’Dövlət Gömrük Komitəsində (DGK) yenidən fəaliyyətə başladığı’’m (aylıq maaşı 750 manat olan inspektor vəzifəsində), hansısa təcrübəmi “komitənin yeni təyin olunan yüksək vəzifəli şəxsləri ilə də bölüşməyim”, “ötən ilin may ayında” … “son yaş həddi ilə əlaqədar”… təqaüdə göndərilməyim barədə yayımlanan, şəxsi və ailə həyatımın sirri olan pensiyam və şəxsi fəaliyyətim barədə məlumatlar həqiqətə uyğun deyil.

30 ildən artıq müddətdə gömrük orqanlarında hüquq-mühafizə blokunda çalışmışam, bu müddətdə qüsursuz fəaliyyətim nəzərə alınmaqla dəfələrlə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək mükafatlara layiq görülmüşəm. Pensiyaya çıxmağım “ötən il” və “son yaş həddi ilə əlaqədar” deyil -mənim hələ 60 yaşım tamam olmayıb, öz təşəbbüsümlə bu il xidmət illərinə əsasən, elmi yaradıcılıq və pedaqoji sahədə fəaliyyət göstərmək istəyimlə əlaqədar olmuşdur.

Mənim pensiyamla bağlı yayımlanmış məlumat da heç kimin bilməsini istəmədiyim şəxsi həyatımın sirridir və heç bir dövlət orqanının, heç bir şəxsin onu yaymaq hüququ yoxdur. Həm də o qədər yüksək pensiya almıram”.

Güloğlan Muradlı onun yenidən Dövlət Gömrük Komitəsində fəaliyyət göstərməsi ilə bağlı məlumata da münasibət bildirib:

“Hazırda elmi fəaliyyətlə məşğulam və Dövlət Gömrük Komitəsin Akademiyasında saathesabı müəllimlik fəaliyyətimi də həyata keçirirəm”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #General #maaşından #danışdı #Yayılan #xəbər #doğru #deyil

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin