fbpx

“Gilan Holding” ləğv olunur

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin iyul ayında “Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC ləğv olunduğunu elan edib.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.

“Xəzri Solutions” cəmi 160 manat nizamnamə kapitalına malikdir. Ona Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.

Xatırladaq ki, “Gilan Holding” 2005-ci ildə dövlət qeydiyyatına alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gilan #Holding #ləğv #olunur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu