fbpx

“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunları “Gizir hazırlığı kursu”nu bitirmələri münasibətilə təbrik edib, onlara Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmağı arzulayaraq gələcək xidmətlərində uğurlar diləyiblər.

Məzunlar adından çıxış edən gizir Vüsal Məmmədiyəzadə kurs müddətində qazandıqları bilik və bacarıqlarını xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və “gizir” hərbi rütbələri təqdim edildikdən sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu