fbpx
Xəbərlər

“Google Maps”də ictimai nəqliyyatın hərəkət sxemi görsənmir

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir müddət öncə “Google Maps” vasitəsilə olduğumuz ərazidən asılı olmayaraq gedəcəyimiz istiqamət üzrə marşrut xətlərini görə bilirdiksə, artıq bu xidmət aktiv deyil. Hazırda biz sadəcə maşınla, piyada qət edəcəyimiz yolun zamanını və metro stansiyalarını müəyyən edə bilirik.

Metbuat.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı saytımıza açıqlamasında bunun düzgün olmadığını, bu sistemin yenidən fəaliyyət göstərməli olduğunu deyib:

“Bakı Nəqliyyat Agentliyi yaranan gündən vətəndaşlara xidmət etmək üçün müxtəliflər layihələr həyata keçirdi. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyinə veriləndən sonra isə bir sıra səlahiyyətlərini, qurumlarını itirdi. Bundan sonra sanki BNA indiyədək nə edibsə, üstündən xətt çəkir. Bu yanaşma düzgün deyil. Çünki bu dövlət üçün yaradılan qurumdur və yaratdığı bütün layihələr dövlətə aiddir. “Google maps” vasitəsilə camaat Marsda, kosmosda ulduzların, qalaktikanın hərəkətini izləyir, lakin Bakı şəhərində ictimai nəqliyyatın hərəkət qrafikini tənzimləmək mümkün deyil. Bu, biabırçılıqdır”.

Bir 1 nəfər, ayaqda, kostyum, qol saatı və içəridə şəkili ola bilər

Elməddin Muradlı

Ekspert bu sistemin yenidən aktiv edilməsi üçün BŞİH-nə çağırış edib:

“Hər bir halda bu sistem indiyədək fəaliyyət göstəribsə, indi də fəaliyyət göstərməlidir. Bu məsələyə biz bir dəfə toxunduq və BNA açıqlama verdi ki, alo141.az saytından vətəndaşlar avtobusların hərəkət qrafikini izləyə bilərlər. Düşünürəm ki, BNA Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək elektron xidmətlərin göstərilməsindən bəhrələnməlidir. Qurduqları sistem də işlək vəziyyətdə olmalıdır. Əgər belə deyilsə, BŞİH-nə mən çağırış edərdim ki, tabeliyinə aldığı qurumun bu sistemə yenidən qayıtmağını təmin etsin”.

Bakı Nəqliyyat Agentliyindən saytımıza bildirildi ki, hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunmasında hər hansı bir çətinlik yoxdur. Belə ki, sərnişinlər bunun üçün alo141.az saytından istifadə edə bilərlər. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı vardır:

“Necə getməli” bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, “A” və “B” nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində “A” və “B” nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrut üzrə hazırda xətdə olan avtobuslar, onların getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.

Həmçinin, bildirilib ki, sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları “Google Maps” üzərindən də əldə etmək mümkün olacaq”.

Gülər Seymurqızı

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu