fbpx
Xəbərlər

Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb.

DİN-in mətbuat xidmətimdən Metbuat.az-a bildirilib ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazisində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Goranboy #sakinində #avtomat #və #narkotik #aşkarlanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu