fbpx

Goranboyda 79 yaşlı baba ilə nəvəsi döyülüb

Goranboy rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kənd sakinləri 1999-cu il təvəllüdlü M. Mahmudov və 1943-cü il təvəllüdlü V. Nəbiyevin döyülməsi və müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Bu barədə bey.az-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

“Araşdırmalar zamanı həmin şəxslərlə şəxsi münasibətlər zəminində dalaşaraq bədən xəsarətləri yetirən şəxsin R. Atakişiyev olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir”, – o deyib.

Eşqin Qasımov hadisədə zərərçəkənlərin baba və nəvə olduqlarını vurğulayıb. /apa

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu