fbpx
Xəbərlər

Gözəllik müsabiqəsinin qalibi bu xanım oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Nəhayət çoxdan gözlənilən, bir müddətdir sosial şəbəkələrdə anonsları gedən, “Miss Aura of Azerbaijan 2023” beynəlxalq gözəllik müsabiqəsinin final mərasimi baş tutdu.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, gecədə bir çox tanınmış simalar iştirak ediblər. Gecəyə jüri və qonaqların simasında bir çox məşhurlar axın edib. Onların sırasında aktyorlar, Xalq artistləri İlham Namiq Kamal, Məleykə Əsədova, Əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyə Xələfova, aparıcılar Zümrüd Bədəlova, Lamiyyə Ələkbərova, tanınmış aktisalar, aparıcılar, modellər, idmançılar, bloqerlər, iş xanımları, şirkət rəhbərləri və başqaları olub.

Paytaxtın məşhur otellərinin birində keçirilən final gecəsində modellər üç geyimlə jüri heyyətinin qarşısına çıxıblar. Qalib adı uğrunda 12 xanım finalçı mübarizə aparıb.

Bundan əlavə, gənc, istedadlı müğənnilər və Kubalı məşhur sənətçi Yanssel Kastellon ifaları ilə gecəyə rəng qatıblar.

Daha sonra canlı səsvermə əsasında qaliblərin adları açıqlanıb.

Yarışmada birinciliyi, münsiflərin canlı səs verməsi ilə “MISS AURA OF AZERBAIJAN 2023” titulunu qazanan Güldəstə İsayeva olub.

Gecənin sonunda qalib üçün ayrılan taclar öz sahiblərinə təqdim edilib. Qaliblərə xüsusi kristallarla və svarovski qaşlarla hazırlanmış, qiymətli əl işi olan taclar verilib.

Rəqiblərini səs çoxluğu ilə geridə qoyan, 1.85 sm boyundakı 25 yaşlı model ölkəmizi bu ilin sentyabr ayında 50 ölkənin “Miss Aura”sının qatılacağı beynəlxalq yarışma olan, “MISS AURA INTERNATIONAL 2023”-də təmsil edəcək.

Bildirək ki, qalib modelin beynəlxalq yarışmada iştirak üçün gediş-dönüş avia biletini “EC Travel” agentliyi təmin edəcək.

Müvafiq olaraq, nominasiya qazanan iştirakçıların sıralamasını təqdim edirik:

Güldəstə İsayeva – “MISS AURA OF AZERBAIJAN 2023”

Fərqanə İsmayılova – “I Vice Miss Aura of Azerbaijan 2023” (“Miss Safely Beauty”)

Marqarita Livtsova – “II Vice Miss Aura of Azerbaijan 2023” (“Miss Aglamour”)

Sevda Paşayeva – “III Vice Miss Aura of Azerbaijan 2023”

Gülcahan Mustafazadə – “Miss Catwalk Aura of Azerbaijan 2023”

Aytəkin Səfərova – “Miss Aura Face of Azerbaijan 2023”

Cəmilə Səlimxanova – “Miss Aura Press of Azerbaijan 2023”

Umxanım Sadıqova – “Miss Photomodel Aura of Azerbaijan 2023”

Aytac Xəlilova – “Miss Aura Sharm of Azerbaijan 2023”

Ebru Kazımlı “Miss Moon Group”

Nigar Məmmədzadə – “Miss Nygyul”

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gözəllik #müsabiqəsinin #qalibi #xanım #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu