fbpx

Güclü külək əsəcək, temperatur enəcək


Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 m/saat, arabir 20-23 m/saat, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/saatadək güclənəcəyi gözlənilir.

Bu barədə BEY.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin