Güləşçimizin bürünc medal uğrundakı rəqibi bəlli olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşündəki rəqibi bəlli olub.
Metbuat.az xəbər verir ki, 74 kq-da yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gələcək. Kaprayev təsəlliverici görüşdə polşalı Kamil Rıbitskini məğlub edib.
Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl və 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Mayls Nazem Amin (San Marino), Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.