fbpx

“Güllübulaq” MMC-nin təsisçisinə bəraət verilməsi ilə bağlı məhkəmə hökmündən protest verilib”

BEY.AZ informasiya agentliyi xəbər verir


Bəzi sosial media səhifələrində “Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlov barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılması barədə məlumat yayılıb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Füzuli Adıgözəlovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri təqsirləndirilməsi barədə cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib.

Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Güllübulaq #MMCnin #təsisçisinə #bəraət #verilməsi #ilə #bağlı #məhkəmə #hökmündən #protest #verilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu