fbpx
Xəbərlər

Güney azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin Azərbaycan dilində çəkdiyi “Adım” (“My name”) adlı ekran əsəri “Ən yaxşı qısametrajlı sənədli film” mükafatına layiq görülüb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Flatnessawards.art” saytı yayıb.

Belə ki, “Flatness Film Awards” film festivalında ən yüksək bal toplayan bütün filmlər rəsmi müsabiqə üçün seçilir. Mövsümün ən yaxşısı isə azı üç münsif tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, M.Əlimuradi Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindəndir. O, jurnalistika üzrə bakalavr dərəcəsi alıb. O, bu müsabiqədən əvvəl Türkiyədə keçirilən “Qorqud Ata” Beynəlxalq Film Festivalında “Əkizlər” qısametrajlı sənədli ekran işinə görə “Ən yaxşı sənədli film” mükafatını qazanıb.

Xatırladaq ki, bu müsabiqədə Azərbaycan təmsilçisi Emil Babayevin də “Sonuncu Snayper” filmi finala çıxıb.

“Sonuncu snayper”in baş prodüseri Toğrul Hüseynov, rejissoru Emil Babayev və Vüqar Şıxəliyev, ssenari müəllifi və quruluşçu rəssamı Reza Fəllahiandır.

“Flatness Film Awards” müstəqil kino dünyasından həm yeni yaranan, həm də tanınmış beynəlxalq kinorejissorların diqqətə layiq hekayələrini bölüşmək məqsədi daşıyan beynəlxalq müstəqil film festivalıdır.

Hər mövsüm filmlər seçilib mükafatlandırılır. Məqsəd kinorejissorların ekran işlərini geniş izləyiciyə çatdırmaq, müzakirə üçün müstəqil platforma təmin etməkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Güney #azərbaycanlı #rejissorun #filmi #beynəlxalq #festivalın #qalibi #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu