fbpx

Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədəki Azərbaycan icmasını Novruz bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə prezident öz sosial media hesabında paylaşım edib.

Novruzun yeni enerji və rahat münasibətlər gətirməsini arzulayan Prezident yazıb: “Bu gün Novruz bayramını qeyd edən bütün vətəndaşları təbrik edirəm. Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm”.

“Mən, eyni zamanda, qonşu ölkələrin, Türkiyədə və ya Qazaxıstanda, Türkmənistanda və bütün dünyada yaşayan vətəndaşları yeni il bayramı və yeni məhsul münasibətilə təbrik edirəm. İstərdim ki, bu gün yeni başlanğıc, yeni həyat mənbəyi, yenilənmiş enerji və rahat münasibətlər gətirən gün olsun”- deyə Salome Zurabişvili qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gürcüstan #Prezidenti #azərbaycanlıları #Novruz #bayramı #münasibətilə #təbrik #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu