fbpx

Həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Metbuat.az-a Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Abasqulu Zəfər oğlu Namazova tanışı, İmişli rayon sakini Tamerlan Rauf oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3,06 qram olan psixotrop maddə – metamfetamin, ümumi çəkisi 3,400 qram olan narkotik maddə – marixuana, ümumi çəkisi 6,143 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 0,24 qram olan 6 ədəd dərman həbi – metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həbsdə #olan #tanışına #narkotik #keçirmək #istəyən #şəxs #saxlanılıb

Bir Cevap Yazın

Başa dön tuşu