fbpx

Həbsdən çıxan keçmiş nazir ilk dəfə görüntüləndi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir müddət əvvəl həbsdən buraxılan Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsəgərov uzun müddətdən sonra ilk dəfə görülüb. Metbuat.az xəbər verir ki, keçmiş nazir Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə ittihamlarla həbs edilib. Məhkəmə ona 14 il həbs cəzası kəsmişdi. 2022-ci ilin sentyabrında Ali Məhkəmə Vəli Ələsgərov barəsində Apellyasiya Məhkəməsinin qərarını dəyişdirib və onun həbs müddəti azaldılaraq 6 il 9 ay 20 günə endirilib. Eks-nazirin 2016-cı ildən həbsdə olmaqla bu müddəti çəkmiş olması nəzərə alınaraq, 2022-ci il sentyabrın 27-də cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.




Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həbsdən #çıxan #keçmiş #nazir #ilk #dəfə #görüntüləndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu