Həftəsonu havanın temperaturu aşağı düşəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba–Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən–Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.