fbpx
Xəbərlər

Həmin kəmərdə yenə qəza – Magistral yolda su fontan vurdu / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.

İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb: “Sözügdən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib. Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.

Qeyd edək ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həmin #kəmərdə #yenə #qəza #Magistral #yolda #fontan #vurdu #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu