fbpx

Həmkəndlisini öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib

Metbuat.az xəbər verir ki, Quba Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 6-da saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Həmkəndlisini #öldürməyə #cəhd #edən #şəxslə #bağlı #cinayət #işi #başlanılıb

Bir Cevap Yazın

Başa dön tuşu