fbpx

“Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi, psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılmasını və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub.

Gənclərin inkişaf və gələcək karyeralarına dəstək olan bir çox layihələr var. Metbuat.az xəbər verir ki, onların biri, Şamaxı şəhərində təşkil olunmuş “Yay Fest” gənclər festivalının “Könüllülük” düşərgəsidir. Düşərgənin iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdib, abidənin önünə çiçəklər qoyaraq Ulu öndərə olan hörmət və ehtiramlarını bildirib. Günün ikinci yarısı “Könüllülük” düşərgəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları olan Azərbaycan Könüllüləri ilə görüş baş tutub. Müharibə iştirakçıları döyüş xatirələrindən danışaraq, könüllülərin suallarını cavablandırıb.

Düşərgənin ikinci gününə meditasiya və stress menecement üzrə ixtisaslaşmış təlimçi Kənan Məmmədovun yoqa təlimi keçirilib. Daha sonra, düşərgənin rəsmi açılış mərasimi olub. Açılış proqramında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Salaxlı, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müşaviri Rüstəm Həsənov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kadr məsələləri sektorunun müdiri Elnur Atayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev İştirak edib. Günün ikinci yarısı baş tutan açılış mərasimində iştirak edən nümayəndələr isə könüllülərin suallarını cavablandırıblar. Düşərgənin ilk axşamında komandaların öz bacarıqlarını nümayiş etdirdiyi “İstedadSƏN” yarışması keçirilib.

Düşərgə və yarışın iştirakçısı olan Səma Vahabzadə Metbuat.az-a açıqlamasında bildirib ki: “Üzvü olduğuğu “İ” komandası yarışmada birinci yerə layiq görülüb.

“Çox sevincli və unudulmaz anlar yaşamış olduq. Günün sonu isə maraqlı musiqi proqramı ilə tamamlandı. Beşinci günümüzün görüşü Azərbaycan Respublikasının birinci Baş naziri, tarix elmləri doktoru Həsən Həsənovun “Azərbaycan tarixi, dövlətçilik ənənələri” mövzusunda olan maraqlı bir görüşü oldu. Həsən Həsənov ölkəmizin zəngin tarixi barədə bizi məlumatlandırdı. Görüşün sonunda Həsən Həsənov özünün “Bakı Qız qalası” kitabını imzalayaraq iştirakçılara təqdim etdi” – deyə qeyd edib.

O, sözlərində əlavə edərək bildirib ki, sonrakı qonaqlarımız tanınmış jurnalistlər Rəsul Həsənli, Jalə Həsənli və Toğrul Allahverdilinin təqdimatında “Azərbaycanda medianın inkişafı” adı altında görüş oldu. Görüş çərçivəsində bizlərin fikirləri və təklifləri dinlənildi. Maarifləndirici təlimlər çərçivəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenant Mübariz Ağayevin təqdimatında “Yol təhlükəsizliyi” mövzusunda təlim oldu. Daha sonra düşərgəmizi musiqili hissə ilə yekunlaşdırdıq.

Düşərgə iştirakçıları sonda onlara yaradılan şərait üçün Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinə təşəkkür ediblər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin