fbpx

Şənbə gününün hava proqnozu AÇIQLANDI: 29 dərəcə isti olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu