fbpx

Hərbi hissədə bir hərbçinin digərinə zor tətbiq etməsi görüntüləri ARAŞDIRILIR

BEY.AZ informasiya agentliyi xəbər verir


“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır”.

Bunu Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi-Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

“Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”,- deyə Prokurorluq rəsmisi bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu