fbpx

Hərbi Prokurorluqdan kursantın vəfat etməsi ilə bağlı AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Məsələ ilə bağlı Metbuat.az-ın sorğusuna Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev cavab verib.

Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib:

“Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu