fbpx

Hərf səhvinə görə ABŞ ordusunun məxfi məlumatları başqa ölkəyə göndərildi

BEY.AZ informasiya agentliyi xəbər verir



ABŞ ordusunun şəxsi heyətinə aid milyonlarla məxfi məlumatı ehtiva edən e-poçt yazışmaları hərf səhvinə görə səhvən Afrika ölkəsi Maliyə göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib. Bildirilir ki, ABŞ ordusunun “.mil” domen adı səhvən Malinin “.ml” domen adı ilə qarışdırılıb. Beləliklə, milyonlarla elektron məktub səhv ünvana göndərilib. Qeyd edilib ki, sözügedən elektron məktublarda yüksək rütbəli hərbi məmurların diplomatik sənədləri, vergi qeydləri, parolları və marşrutları kimi həssas məlumatlar var. Pentaqonun sözçüsü Tim Qorman, Müdafiə Nazirliyinin bu problemdən xəbərdar olduğunu və məxfi məlumatların icazəsiz açıqlanmasına ciddi yanaşdığını qeyd edib. Qorman qeyd edib ki, Müdafiə Nazirliyi elektron məktubların qarşısını almaq üçün təlim və texniki nəzarət həyata keçirib.

Mali ilə bağladığı müqaviləyə uyğun olaraq “.ml” domen adını idarə edən holland internet sahibkarı Yohannes Zuurbier bildirib ki, 2013-cü ildən bəri oxşar saxta e-poçtları almağa davam edib və o, məsələ barədə ABŞ-ın rəsmi dairələrinə, ABŞ-ın Malidəki səfirliyi də daxil olmaqla müxtəlif səlahiyyətlilərə məlumat verib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Hərf #səhvinə #görə #ABŞ #ordusunun #məxfi #məlumatları #başqa #ölkəyə #göndərildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu