fbpx

Hacı Şahini o əvəz etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.

O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: “Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.

Xatırladaq ki, daha əvvəl “Məşədi Dadaş” məscidinin imamı ilahiyyatçı Hacı Şahin Həsənli olub. O, martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmadan dünyasını dəyişib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hacı #Şahini #əvəz #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu