fbpx

Hamıya “son zəng”, ona sifariş zəngi çalındı

BEY.AZ informasiya agentliyi xəbər verir

Dünəndən sosial şəbəkələrdə bir foto geniş müzakirə mövzusuna çevrilib.

Sinif yoldaşları üçün son zəng çalınır, onun üçün isə sifariş zəngləri…
Söhbət boynunda məzun lenti, iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsaldan gedir. Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır son dəfə 9-cu sinifədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.

Vüsal deyir ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də…

Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var. 2-si ailəlidir. O hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.

Atası o hələ 6 yaşinda ikən onları tərk edib və o gündən bu yana bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb evə çörək aparmaqdır. İndi həyat ona xəyal qurmağa imkan verməsə də o əslində həkim olmaq istəyirmiş.

Bizimlə həmsöhbət olduqdan dərhal sonra Vüsal yenə telefonunu açıb sifariş aparmaq üçün yola düşdü.

Ümid edirik və inanırıq ki,bu gün öz ayaqları üzərində durmağa çalışan,ailəsi üçün xəyal qurmaqdan vaz keçən bu oğlan bir gün xəyallarında o həyatı yaşaya biləcək.

Metbuat.az “Xəzər Xəbər”in videosunu təqdim edir:


Google News Abone ol

Səndə məqalə yaz

  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Hamıya #son #zəng #ona #sifariş #zəngi #çalındı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu