fbpx

Hava ilə bağlı XƏBƏRDARLIQ: Aprelin 5-də…

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabah meteohəssas insanlarda diskomfort yarana bilər.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aprelin 5-də Abşeron yarımadasında gündüz mülayim gilavar küləyinin əsəcəyi gözlənilir.

Məlumatda qeyd edilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

***

Aprelin 5-nə olan hava proqnozu:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hava #ilə #bağlı #XƏBƏRDARLIQ #Aprelin #5də

Bir Cevap Yazın

Başa dön tuşu