fbpx

Hava şəraiti ilə əlaqədar Xəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-28 m\s,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 5.5-7.5 metr olacagı gözlənilir. Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Metbuat.az-a verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bundan başqa, külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hava #şəraiti #ilə #əlaqədar #Xəzər #dənizindəki #gəmilərə #XƏBƏRDARLIQ #EDİLDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu