fbpx

Havay yandı, Bayden isə dincəlməyə getdi

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ prezidenti Coi Bayden yenə tənqid edilib.

Metbuat.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Lauren Bobert X sosial şəbəkəsində (keçmiş Twitter sosial şəbəkəsi) Havayda ölümlə nəticələnən yanğınlar fonunda çimərlikdə vaxt keçirən ABŞ prezidenti Co Baydenin fəaliyyətini tənqid edib. Məlumata görə, Co Bayden “Rehoboth Beach” adlanan çimərlikdə 60 saat keçirdiyi üçün Lauren Bobertin qəzəbinə səbəb olub.

Xatırladaq ki, avqustun 9-da ABŞ-ın Havay ştatında yerləşən Maui adasında başlayan meşə yanğınları güclü külək nəticəsində qısa zamanda turizm şəhəri olan Lahaynaya keçib. Nəticədə şəhər tamamilə yanıb. Rəsmi rəqəmlərə görə, 4,5 min insan mənzilsiz qalıb,100-dən çox insan ölüb, mindən çoxu itkin düşüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Havay #yandı #Bayden #isə #dincəlməyə #getdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu