fbpx

Havayda meşə yanğınlarında ölənlərin sayı artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Havayın Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin mətbuat konfransında bildirib.

Qubernator qeyd edib ki, Mauidə baş verən bu hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub. ” Ölənlərin sayının artacağı gözlənilir. İnsanların buna hazır olmasını istərdik”, – deyə C.Qrin sözlərinə əlavə edib.

Daha əvvəl ölənlərin sayının 80-ə yaxın olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Havayda #meşə #yanğınlarında #ölənlərin #sayı #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu