fbpx

Hesablama Palatası MDB-yə üzv olan dövlətlərin toplantısında iştirak edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Cavid Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Ali Audit Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün Standartların hazırlanması üzrə İşçi Qrupunun XXI toplantısında iştirak edib.

Palatadan Metbuat.az-a bildirilib ki, onlayn formatda baş tutan toplantıda auditlər üzrə keyfiyyətə nəzarətin təşkili barədə danışılıb, eləcə də konsolidə edilmiş maliyyə hesabatlarının auditi üzrə metodoloji qaydaların və ali audit orqanları (AAO) üçün risk əsaslı yanaşma üzrə terminologiya layihələrinin müzakirəsi keçirilib. Müzakirələrdə həmin sənədlərə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən təqdim edilmiş təkliflərin yüksək qiymətləndirildiyi qeyd olunub, həmin məsələlərin sənədlərin yekun layihəsində nəzərə alınacağı vurğulanıb.

Daha sonra, Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları tərəfindən “Ali Audit Orqanlarının fəaliyyətinin strateji idarə edilməsi üzrə praktiki Tövsiyələr” adlı sənədin layihəsinin təqdimatı edilib. Təqdimatda AAO-ların strateji idarə edilməsinin əsasları və prinsipləri, strateji planın hazırlanması, icrası və monitorinqi, eləcə də icranın izlənilməsinin rəqəmsallaşdırılması barədə məlumat verilib.

Tədbir İşçi Qrupun İş Planında nəzərdə tutulmuş digər məsələlərin, o cümlədən 2023-ci ilin sonuna kimi görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hesablama #Palatası #MDByə #üzv #olan #dövlətlərin #toplantısında #iştirak #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu