fbpx

Hinsdistanlı turistlə bağlı xəbərlərə DİN-dən reaksiya

BEY.AZ informasiya agentliyi xəbər verir

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması barədə fotolar yayılıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidməti ilə əlaqə saxlanılıb.

Xidmətin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, vəhşi heyvanlar tərəfindən parçalanmış şəkildə tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir. Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb. Yayılan fotolar daha əvvəl Gürcüstanda çəkilib”.

Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu