fbpx

“Holokost zəmanəmizin ən dəhşətli cinayətlərindən biridir”

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik”.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu