fbpx

Hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2,5 faiz artırılır

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Gələn il proqnozlaşdırılan hüquq-mühafizə və prokurorluq üzrə xərclər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz) ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2 833 592 456 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2,5 faizə qədər artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Hüquqmühafizə #və #prokurorluq #üzrə #xərclər #faiz #artırılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu