fbpx

“Hürjet” qırıcıları F-16 təyyarələrini əvəzləyəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin döyüş və təlim qırıcısı – “Hürjet” milli silahlarla təmin olunacaq və ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 təyyarələrini qismən əvəz edə biləcək.

Metbuat.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə Kahramankazan şəhərində yeni hərbi aviasiya modellərinin təqdimat mərasimində deyib. Onun sözlərinə görə, “Hürjet” qırıcısının “TCG Anadolu” milli desant və aviadaşıyıcı gəmisinin göyərtəsində yerləşdirilməsi də planlaşdırılır.

Prezident, həmçinin Türkiyə kompaniyalarının istehsalı olan beşinci nəsil “Kaan” qirici təyyarəsinin (“Milli Muharip Ucak” proqramı çərçivəsində hazırlanan TF-X təyyarəsi – red.) bir neçə ildən sonra silahlı qüvvələrə təhvil veriləcəyini deyib: “Bununla da, Türkiyə beşinci nəsil təyyarə istehsal edə bilən beş ölkədən birinə çevriləcək. “Kaan” yeni texnologiyalar sayəsində radarlar üçün görünməz olacaq”.

Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə yeni “Anka-3” döyüş PUA-sının ilk uçuşunun həyata keçiriləcəyini bildirib.

“Turkish Aerospace Industries” kompaniyası tərəfindən hazırlanan “Hürjet” milli döyüş və təlim qırıcısı aprelin 25-də ilk uçuşunu həyata keçirib. Onun bəzi xarakteristikalarına görə hazırda silahlanmada olan bir sıra qırıcıları üstələdiyi bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hürjet #qırıcıları #F16 #təyyarələrini #əvəzləyəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu