fbpx

Hüseyn Həsənov kuryerin bu duyğulu arzusunu GERÇƏKLƏŞDİRDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov nümunəvi addım ilə gündəmə gəlib.

Metbuat.az bizim.media-ya istinadən bildirir ki, Həsənov Moskvada kuryer kimi çalışan gənc oğlanın arzusunu gerçəkləşdirib.
Dəbdəbəli avtomobilində kuryerlə birgə yol gedərkən Hüseyn gəncdən ən böyük arzusunun nə olduğunu soruşub.
Oğlan cavabında ən böyük arzusunun valideynlərini Həcc ziyarətinə göndərmək olduğunu bildirib. Bunun üçün isə o, gecə və gündüz çalışaraq lazım olan 500 min rubldan (təxminən 8800 manat) 300 min rubl (təxminən 5280 manat) topladığını açıqlayıb.
Gəncin bu cavabından sonra bloqer ondan bank kartının nömrəsini ona göndərməsini xahiş edib. İrəliləyən dəqiqələrdə Hüseyn məbləğin tam olması üçün çatışmayan 200 min rublu (təxminən 3520 manat) bank hesabına göndərib. Həmin anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onun bu addımı isə izləyiciləri tərəfindən böyük rəğbət və bəyənmə ilə qarşılanıb.

Milli.Az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hüseyn #Həsənov #kuryerin #duyğulu #arzusunu #GERÇƏKLƏŞDİRDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu