fbpx

I Bakı Beynəlxalq Piano Festivalında üçqat konsert baş tutub

BEY.AZ informasiya agentliyi xəbər verir

I Bakı Beynəlxalq Piano Festivalının sondan əvvəlki günü tamaşaçıların yaddaşında Lüdviq van Bethovenin piano, alt və skripka üçün üçqat konserti ilə yadda qalıb.

Metbuat.az xəbər verir ki, konsertdə əsərləri Züleyxa Usubova, Rövşən Əmrahov və Əyyub Əliyev ifalar ediblər.

Pianoçu Züleyxa Usubova Dövlət Akademik Opera və Balet Teatrında balet müşayiətçisi kimi fəaliyyət göstərir. Beynəlxalq və respublika müsabiqələrinin laureatı. 9-cu və 10-cu Beynəlxalq Qəbələ Festivallarının iştirakçısıdır.

Skripkaçı Rövşən Əmrahov Musiqi Akademiyasının, daha sonra Finlandiyada Turku Konservatoriyasının professoru Aleksandr Vinnitskinin sinfində tələbə olub. Əmraxov Pavel Kotla və Nevil Marriner kimi dirijorlarla işləyib. Hazırda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin aparıcı solistlərindən biridir.

Violonçel ifaçısı Əyyub Əliyev hazırda bir çox orkestrlərdə və müxtəlif musiqi layihələrində çıxış edir. Əyyub respublika müsabiqəsinin laureatıdır və dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçdən ustad dərsləri alıb.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-dən 27-dək davam edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu