fbpx
Xəbərlər

İbrahimoviç Azərbaycan millisi ilə oyuna çağırıla bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


İtaliya “Milan”ında çıxış edən Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün İsveç millisinə çağırıla bilər.

Metbuat.az yerli mətbuata istinadən xəbər verir ki, uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan 42 yaşlı hücumçu qarşıdakı 1 ay ərzində mütəmadi olaraq oynamaq şansı qazanarsa, baş məşqçi Yanne Andersson tərəfindən yığmaya cəlb olunacaq.

61 yaşlı mütəxəssis bir müddət öncə mətbuata verdiyi açıqlamada bildirib ki, təcrübəli forvardın millidəki karyerasını başa vurduğunu demək olmaz: “Zlatan hələ də oynayır, ona dəvət göndərmək olar”.

Qeyd edək ki, İsveç seçməsi F qrupunda ilk oyununu martın 24-də Belçikaya, ikinci matçını isə 3 gün sonra Azərbaycana qarşı keçirəcək. Hər iki görüş Solna şəhərindəki “Friends Arena”da baş tutacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İbrahimoviç #Azərbaycan #millisi #ilə #oyuna #çağırıla #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu