fbpx

İcra başçısının baş həkim qardaşı işdən çıxarıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib. O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş şəhər xəstəxanasına direktor təyin olunduğunu deyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasında onu bu vəzifədə əslən Şabrandan olan Səxavət Cəbrayılov əvəz edib.

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İcra #başçısının #baş #həkim #qardaşı #işdən #çıxarıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu