fbpx

İdmançımız Olimpiadada finala vəsiqə qazandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Pekində ilk yarışına çıxan idmançımız Vladimir Litvintsev 1-ci qısa proqramını bitirib.

Metbuat.az xəbər verir ki, o, 84,15 bal toplayaraq 18-ci yerə çıxıb və finala vəsiqə qazanıb.

Növbəti dəfə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış edəcək Litvintsev bugünkü çıxışından razı qaldığını bildirib: “Sübh tezdən başlayan məşqlərimiz çox çətin olur. Ona görə də ilk növbədə istirahət edəcəm ki, fevralın 10-u keçiriləcək yarışda da proqramımı düzgün yerinə yetirim”.

Qeyd edək ki, V.Litvintsevlə yanaşı bu gün yarışa qatılan 30 iştirakçıdan 24-ü finala yüksəlib.

Azərbaycan Olimpiya Komandasının digər üzvü, fiqurlu konkisürmədə qadınların yarışında çıxacaq Yekaterina Ryabova fevralın 12-si Pekinə yola düşəcək. Ryabovanın yarışı 15 və 17 fevral tarixlərində baş tutacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu