fbpx

İlham Əliyev Malayziyanın Kralını təbrik etdi



Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu göndərib.

BEY.AZ xəbər verir ki , məktubda deyilir:

“Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram”.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin