fbpx
Xəbərlər

İlisu Qoruğundakı yanğın söndürüldü

BEY.AZ informasiya agentliyi xəbər verir


İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun ərazisində dağ-meşə zonada baş vermiş yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb.

Yanğın nəticəsində təqribən 15 ha sahədə kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb. Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.

Xatırladaq ki, ötən gün İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu